BAKI, 6 oktyabr. TELEQRAF

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində dörd yaşayış məntəqəsi ətrafında irəliləyib.

Teleqraf xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Söhbət Novoivanivka, Olqivske, Vışneve və Ternovo kəndlərindən gedir.

ABŞ-nin Müharibə Araşdırmaları da İnstitutu Rusiya qoşunlarının Kostyantinivka-Drujkivka istiqamətində irəliləməsi barədə məlumat yayıb.