BAKI, 2 oktyabr. TELEQRAF
“Polşa Rusiya ilə düşmənçilik etmək üçün illərdir Ukraynada qeyri-sabit vəziyyət yaratmağa çalışır”.
Teleqraf xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşa Baş naziri Donald Tuskun Moskva ilə yeni tipli qarşıdurmanın getdiyi barədə bəyanatını şərh edərkən deyib.
“Varşava son onilliklər ərzində Ukraynadakı vəziyyətlə məşğul olub. Bəllidir ki, burada Varşava tək deyil, bəzən digər NATO üzvləri ilə birlikdə edib, bəzən də elə Varşavanın özü olub - bu, müxtəlif yollarla baş verib. Ancaq Varşavanın bunda aparıcı rol oynadığına şübhə yoxdur”, - Rusiya rəsmisi qeyd edib.
Zaxarova əlavə edib ki, Varşava bu gün Ukraynadakı situasiyadan gələcək və Rusiya ilə güclənən qarşıdurma üçün istifadə edir.