BAKI, 1 oktyabr. TELEQRAF
“Avropa İttifaqı Belarus və Rusiya ilə sərhəddə Berlin divarına bənzər, amma minlərlə kilometr uzunluğunda divar tikir”.
Teleqraf xəbər verir ki, bu barədə Belarus xarici işlər naziri Maksim Rıjenkov bildirib.
Xatırladaq ki, bundan əvvəl BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyasının plenar iclasında Rıjenkov təşkilatın mənzil-qərargahı yaxınlığında yeni Berlin divarının simvolunun ucaldılmasını təklif etmişdi.