BAKI, 30 sentyabr. TELEQRAF

Bundan əvvəl itkin düşdüyü bildirilən Cənubi Afrika Respublikasının Fransadakı səfiri Nkosinati Emmanuel Mxethva Parisin 17-ci rayonunda ölü tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə Paris Prokurorluğuna istinadla “Le Parisien” qəzeti məlumat yayıb.

Səfirin meyiti otelin yaxınlığında tapılıb. İlkin məlumata görə, diplomat 22-ci mərtəbədən yıxılıb. Fransa hüquq-mühafizə orqanları araşdırma aparır.

***

13:42

Cənubi Afrika Respublikasının Fransadakı səfiri Nkosinati Emmanuel Mxetvanın Parisdə itkin düşdüyü bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə “Actu17” polisə istinadla məlumat yayıb.

58 yaşlı diplomatdan sentyabrın 29-da günortadan sonra xəbər yoxdur. Səfirliyin təhlükəsizlik xidməti həmin axşam hüquq-mühafizə orqanlarına xəbərdarlıq edib. Polis araşdırmaya başlayıb və səfirin ailəsini dindirib.

Mxethva 2024-cü ilin fevralında Cənubi Afrikanın Fransadakı səfiri təyin edilib. 2009-2014-cü illərdə polis işləri naziri olub, ardınca İdman, İncəsənət və Mədəniyyət Nazirliyinə rəhbərlik edib.