BAKI, 30 sentyabr. TELEQRAF

Estoniya vətəndaşlarını konsulluq yardımı almaqda yaranan çətinliklərlə əlaqədar Belarusa səfərdən çəkinməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Belarusda konsulumuz yoxdur. Belarusa səfər edərkən, konsulluq yardımının adi haldan xeyli uzun çəkə və ya ümumiyyətlə qeyri-mümkün ola biləcəyini nəzərə alın”, - XİN qeyd edib.

Nazirlik onu da bildirib ki, bu tövsiyələr Estoniya və digər Avropa İttifaqı ölkələrinin vətəndaşlarının Belarusda saxlanmasına cavab olaraq verilir.

Polşa Xarici İşlər Nazirliyi də vətəndaşlarına Belarusu dərhal tərk etməyi və ölkəyə səfərdən çəkinməyi tövsiyə edib.