BAKI, 30 sentyabr. TELEQRAF

Rusiya ordusu Ukraynanın Donetsk vilayətində irəliləyir.

Teleqraf xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Qeyd olunub ki, Rusiya qoşunları Donetskin Poltavka kəndini işğal edib. Ruslar bu kəndin ətrafında - Zaporojye vilayətinin Novoivanivka və Luqansk vilayətinin Serebryansk meşə təsərrüfatında da irəliləyiblər.

“DeepState” həmçinin bildirib ki, Rusiya ordusu bütün Siversk aqlomerasiyasını və şəhərin özünü işğal etmək məqsədi ilə Serebryankadan Viyimkaya qədər olan əraziyə təzyiqləri davam etdirir.

“Düşmən Ukraynanın mövqelərinə soxulmağa nail olur ki, bu da bütün müdafiə sahəsini əhatə edəcək kadr çatışmazlığı problemi ilə bağlıdır. Amma ruslar onların piyadalarını ovlayan Ukrayna PUA-ları sayəsində bölgədə möhkəmlənmək və daha da irəliləmək üçün qüvvə toplamaq iqtidarında deyil”, - nəşr əlavə edib.