BAKI, 25 sentyabr. TELEQRAF

Polşa Belarusla sərhədi açıb.

Teleqraf xəbər verir ki, keçid məntəqələrinin işinin bərpasından sonra nəqliyyatın Polşa ərazisinə daxil olmasına icazə verilib.

Sərhədçilər daha əvvəl sərhəddəki yolun hərəkət hissəsini maneələrdən təmizləmişdi.

Xatırladaq ki, Polşa sentyabrın 12-də Belarusla sərhəd keçid məntəqələrini bağlayıb. Bunun “Qərb-2025” təlimləri ilə əlaqədar olduğu bildirilirdi.