BAKI, 18 sentyabr. TELEQRAF

“Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində - Pokrovsk və Dobropilya bölgələrində əks-hücum əməliyyatı keçirir”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Şiddətli döyüşlər, ruslara ciddi itkilər verə bilirik. Bu gün Ali Baş Komandan Sirskinin nəticələrlə bağlı ilk hesabatı oldu. Əməliyyat başlayandan bəri əsgərlərimiz artıq 160 kvadratkilometr ərazini azad edib, 170 kvadratkilometrdən çox ərazi isə işğalçıdan təmizlənib, daha çox olacaq”, - Zelenski bildirib.

Prezident əlavə edib ki, Ukrayna Müdafiə Qüvvələri artıq 7 yaşayış məntəqəsini azad edib və daha 9-u Rusiya qüvvələrindən təmizlənib.

“Bura girməyə cəhd edən istənilən işğalçı qrup bizim uşaqlar tərəfindən məhv ediləcək”, - dövlət başçısı vurğulayıb.