BAKI, 10 sentyabr. TELEQRAF

Polşa hava məkanını ötən gecə pozan pilotsuz uçuş aparatları (PUA) ilk dəfə Ukrayna münaqişəsinin başlanmasından bəri birbaşa Belarus ərazisindən gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk bildirib.

"Ötən gecə ölkənin hava məkanını pozan dronların bir hissəsi birbaşa Belarus ərazisindən daxil olub",- o qeyd edib.

Xatırladaq ki, gecə saatlarında Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda Polşa hava hücumundan müdafiə qüvvələri və aviasiyasını yüksək hazırlıq vəziyyətinə gətirib. PUA-ların bəziləri sərhədi keçib.

Polşa ordusu ölkə ərazisinə daxil olan Rusiya dronlarını məhv edib.