BAKI, 20 avqust. TELEQRAF
Böyük Britaniyanın təhlükəsizlik naziri Den Jarvis ABŞ-nin Ukraynaya dəstəyini davam etdirməsi üçün Prezident Donald Trampa yaltaqlanmaqdan narahat olub-olmadığı barədə suala bunu “diplomatiya” adlandırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə “The Telegraph”a müsahibəsində bildirib.
“Mən bunu sülh yolu ilə nizamlanmaya nail olmaq üçün ən yaxşı strategiya adlandırardım. Ukraynadakı bu dəhşətli münaqişəyə son qoymaq bizim hamımızın, əlbəttə, Ukrayna xalqının da maraqlarına uyğundur. Şübhəsiz ki, xüsusən öz milli maraqlarımıza uyğundur”, - Jarvis qeyd edib.