BAKI, 20 avqust. TELEQRAF
Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətində Novogeorgiyevka, Donetsk vilayətində Suxetske və Pankovka kəndlərini işğal edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Dnepropetrovskda yaşayış məntəqəsinin Rusiya ordusunun “Şərq”, Donetskin kəndlərinin isə “Mərkəz” qoşun qrupları tərəfindən ələ keçirildiyi bildirilib.