BAKI, 4 iyun. TELEQRAF

“Rusiyanın Ukraynadan sonrakı hədəfi Qazaxıstan ola bilər”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski iyunun 4-də jurnalistlərlə söhbəti zamanı deyib.

“Putin sülh yox, yalnız Ukraynanın, eləcə də Belarus, Moldova, Litva, Latviya ərazilərinin tam işğalını istəyir. Mənə elə gəlir ki, Qazaxıstan növbədə daha yaxın ola bilər. Əlbəttə, Tanrı qorusun. Amma biz təhdidlərdən danışırıq. Polşaya da təhlükə var”, - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, bu məsələ onun bu yaxınlarda Rumıniya prezidenti ilə görüşündə müzakirə edilib:

“Rumıniya prezidenti ilə danışdım. Hamı başa düşür ki, Moldova işğal edilə bilər. Bundan dərhal sonra Rumıniya sərhədində olacaqlar. Bu, çox tez baş verə bilər. Ona görə də Putinin sülhə hazır olacağı vaxtı gözləməyə ehtiyac yoxdur. Təzyiq etmək lazımdır: o zaman, bəlkə də, sülh olacaq”.

Ukrayna Prezidenti əlavə edib ki, Rusiyaya güclü beynəlxalq təzyiq olmasa, bu ölkələr işğal edilə bilər.