BAKI, 1 may. TELEQRAF
Rusiya aprel ayında Ukrayna ərazisinin 175 kvadrat kilometrini işğal edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.
“Düşmən xüsusilə martın sonu - aprelin əvvəlində fəallaşıb. Müvafiq olaraq, irəliləyişlərin çoxu aprelin birinci yarısında qeydə alınıb”, - məlumatda deyilir.
Rusiya ordusu bu müddətdə Ukraynanın şərq bölgələrində, əsasən Suxaya Balka, Kalinovoy, Rozlıv, Konstantinopol, Katerinivka, Nadivka və Andrivka yaşayış məntəqələri ətrafında irəliləyib.