BAKI, 23 aprel. TELEQRAF

Aprelin 23-də Londonda Rusiya və Ukrayna arasında mümkün sülh danışıqları ilə bağlı toplantının təxirə salınması Vaşinqtonun işğal edilmiş ərazilərin Moskvaya güzəştə gedilməsi təklifinin Kiyev tərəfindən qəbul olunmamasına görə baş verib.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Qəzetə danışan məlumatlı mənbənin sözlərinə görə, Kiyev əvvəlcə tam atəşkəs, sonra qalan məsələləri müzakirə etməyə üstünlük verir.

Xatırladaq ki, ABŞ Dövlət katibi Marko Rubio bu gün Londona (Böyük Britaniya) getməli idi, amma bu proqramını ləğv edib. Ağ Evin müharibənin dayandırılması üçün vasitəçilik səylərində mərkəzi rol oynayan ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff da danışıqlara qatılmaqdan imtina edib.