
BAKI, 15 aprel. TELEQRAF
Macarıstan parlamenti Baş nazir Viktor Orbanın tələbi ilə LGBT üzvləri tərəfindən təşkil edilən nümayişlər və bununla bağlı bütün tədbirləri qadağan edən konstitusiya dəyişikliyini müzakirə etmək üçün toplaşıb.
Teleqraf xəbər verir ki, parlamentdə keçirilən səsvermədə LGBT-nin bütün fəaliyyətini qadağan edən layihə qəbul edilib.
Parlament həmçinin ölkədə yalnız kişi və qadın cinsiyyətinin tanınacağını açıqlayıb.
Baş nazir Orban parlamentin qərarını müsbət qarşıladığını bildirib:
“Macarıstanda konstitusiya dəyişikliyi qanuniləşdi. Biz uşaqların inkişafını qoruyuruq. Biz fərdlərin kişi və ya qadın doğulduğunu bəyan edirik. Macarıstanda sağlam düşüncə vacibdir”.
Əlavə edək ki, Macarıstan LGBT-ni sərt şəkildə müdafiə edən Avropa İttifaqının üzvüdür.