BAKI, 3 mart. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş Xalqların Demokratiya Partiyasının (HDP) həbsdə olan həmsədri Səlahəddin Dəmirtaşa əməliyyat olunan həyat yoldaşı Başak Dəmirtaşa baş çəkməsi üçün icazə verib.

Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

“Martın 1-də Səlahəddin Dəmirtaşın həyat yoldaşı Başak Dəmirtaş İstanbulda əməliyyat olunub. Əməliyyatdan əvvəl Səlahəddin Dəmirtaş Ədliyyə Nazirliyinə müraciət edərək əməliyyat zamanı həyat yoldaşı ilə birlikdə olmaq üçün icazə istəyib.

Xahiş Prezident Ərdoğana çatdırılıb və onun razılığı ilə həmin gün Ədirnədən (həbsxanadan) İstanbula gələn Dəmirtaş əməliyyat zamanı həyat yoldaşı Başak Dəmirtaşın yanında olub”, - məlumatda deyilir.