BAKI, 28 fevral. TELEQRAF
İsveç Rusiya ilə mümkün toqquşma barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Tomas Nilsson bildirib.
“Baltikyanı regionda Rusiya hərbçilərinin aktivliyi müvəqqəti olaraq azalıb, mövcud vəziyyət Ukraynadakı münaqişənin bitməsindən sonra dəyişə bilər. Ukraynadakı münaqişə bitdikdən və ya zəiflədikdən sonra biz əminik ki, ruslar bizim ərazilərə qayıdacaqlar”, - kəşfiyyat rəhbəri vurğulayıb.
Rusiyanın Baltikyanı regiondakı mümkün hədəflərinə gəlincə, söhbətin Latviya, Litva və Estoniyadan getdiyi bildirilir.