BAKI, 23 iyul. TELEQRAF
“Rusiya Qara dənizdə taxıl dəhlizini bağlamağa çalışır, dünən Ukrayna limanlarına bir gəmi belə daxil ola bilməyib”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Kənd təsərrüfatı ayrıca bir çağırışdır, bunu bir neçə ay əvvəldən anlayırdıq və Rusiyanın nə edəcəyini bilirdik. Onlar taxıl dəhlizimizi bloklamaq üçün əllərindən gələni edəcəklər. Dünən limanlarımıza bir dənə də olsun, gəmi daxil ola bilmədi. Bütün gəmilərə zərbələr endirirdilər. Bu cür hücumları daha da artıracaqlar. Bunu bir neçə ay əvvəl əvvəlcədən gördüyümüz üçün qərara gəldik ki, bu istiqamətlə xüsusi olaraq bir məsul şəxs məşğul olsun”, - Ukrayna lideri bildirib.
Zelenski əlavə edib ki, logistika, taxıl ixracı, kənd təsərrüfatı və energetika Ukrayna üçün həyati əhəmiyyət daşıyan sahələrdir.