BAKI, 24 iyul. TELEQRAF
Rumıniya hava məkanına daxil olan naməlum pilotsuz təyyarəni F-16 qırıcısı ilə vurub.
Teleqraf xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan bildirib.
“Bu səhər, saat 11:00 radələrində pilotu rumıniyalı olan F-16 qırıcısı ölkəmizin hava məkanına daxil olan pilotsuz təyyarəni vurub”, - o, sosial mediada yazıb.