BAKI, 25 iyul. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 17 iyuldan bəri ABŞ-nin 11 hərbi təyyarəsini sıradan çıxardıqlarını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın sözçüsü Hüseyn Mohabbi bildirib.

Mohabbi "Tasnim" agentliyinə verdiyi müsahibədə bildirib ki , 17 iyuldan bəri İran Silahlı Qüvvələri bölgədəki Amerika hərbi bazalarında yerləşən 11 Amerika qırıcı təyyarəsini məhv edib.

Onun sözlərinə görə, SEPAH bir F-15 qırıcı təyyarəsini, bir "P-8 Poseidon" uzaqmənzilli kəşfiyyat təyyarəsini, bir C-17 hərbi nəqliyyat təyyarəsini və səkkiz tanker təyyarəsini məhv edib.