BAKI, 25 iyul. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.