BAKI, 23 iyul. TELEQRAF

Serbiyada növbədənkənar parlament seçkiləri bu ilin payızında - oktyabr və ya noyabr ayında keçiriləcək, prezident seçkiləri isə bir qədər gec baş tutacaq.

Teleqraf xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Çexiyanın Baş naziri Andrey Babişlə görüşündən sonra bildirib.

"Onların oktyabr və ya noyabrda keçirilməsini gözləmək lazımdır, yəni seçkilər sentyabrda və ya oktyabrın əvvəlində təyin olunacaq. Mən artıq demişəm ki, seçkilər 2026-cı ilin sonunadək baş tutacaq, sözümün üstündə dururam və indi xalq öz iradəsini ifadə etməlidir. Parlament seçkiləri mütləq ilin sonunadək, prezident seçkiləri isə bir qədər gec olacaq", - o qeyd edib.