BAKI, 25 iyul. TELEQRAF
İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında təşkil edilən hücumlarda HƏMAS-ın üç komandirini öldürüb.
Teleqraf xəbər verir ki, ordunun yaydığı məlumata görə, Qəzza zolağına endirilən zərbə zamanı HƏMAS-ın hava kəşfiyyat qüvvələrinin hava müşahidə tağımının komandiri Raed Əl-Amsi öldürülüb. Bundan əlavə, HƏMAS-ın Qəzza briqadasının hərbi kəşfiyyat şöbəsinin rəisi Nabhan Əl-Amsi zərərsizləşdirilib. Qəzza zolağının mərkəzində isə 7 oktyabr 2023-cü ildə Kisufim Kibutzuna hücumda iştirak edən HƏMAS-ın Nuhba briqadasının komandiri Mahmud Əbu Qəzal öldürülüb.
Nazirliyin məlumatına görə, öldürülən şəxslər müharibə boyu və son aylarda İsrail əsgərlərinə və mülki əhaliyə qarşı terror hücumları törətmək istəyiblər.
Nazirlik əlavə edib ki, HƏMAS komandirləri dəqiq hava zərbələri nəticəsində öldürülüblər.