BAKI, 23 iyul. TELEQRAF
Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallas Aİ-nin Rusiyaya qarşı bundan sonrakı sanksiya tədbirləri üzərində işlədiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial şəbəkəsindəki hesabında yazıb və Rusiyaya qarşı 21-ci sanksiya paketinin razılaşdırıldığını qeyd edib.
Kaya Kallas məhdudlaşdırıcı tədbirlərin maliyyə sisteminə, hərbi-sənaye kompleksinə və energetika sektoruna qarşı yönəldiyini vurğulayıb:
"Bu, sanksiya kursunun sonu deyil. Biz artıq növbəti addımlar üzərində işləyirik".