BAKI, 23 iyul. TELEQRAF
Rusiya ordusu Ukraynanın Pavloqrad şəhərində mülki müəssisəni vurub, nəticədə 3 nəfər həlak olub, 19 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Dnepropetrovsk vilayətinin rəhbəri Aleksandr Qanja məlumat verib.
“Düşmən Pavloqrada hücum edib. Qida müəssisəsinə ziyan dəyib, obyektdə yanğın baş verib”, - Qanja deyib.