BAKI, 25 iyul. TELEQRAF
Fransanın cənub-qərbindəki Jironde departamentində meşə yanğınlarına görə üç nəfər saxlanılıb.
Teleqraf xəbər verir ki, polis La Teste-de-Buch kommunasında iki restoran işçisini "magistral və idman kompleksinə doğru atəşfəşanlıq təşkil etdiklərinə" görə həbs edib. Həmçinin, iyulun 25-i gecə yarısından sonra Lormont kommunasında Bordo yaxınlığında kolları yandırmaqda ittiham olunan 33 yaşlı kişi həbs edilib. Agentliyin məlumatına görə, kişi təcili tibbi yardımda işləyir. O, həbs olunduğu zaman sərxoş olub.
Müstəntiqlər həmçinin 32.000 hektardan çox bitki örtüyünü və 100-dən çox evi məhv edən yanğının səbəbi ilə bağlı ilkin ehtimal irəli sürüblər. Bordo prokurorluğunun məlumatına görə, ilk yanğın çərşənbə günü günortadan sonra kol və otların təmizlənməsi zamanı baş vermiş ola bilər.
AFP xəbər verir ki, yanğın Somaux kommunası yaxınlığındakı yüksək gərginlikli ötürücü qüllənin işçiləri tərəfindən görülən işdən qaynaqlana bilər.