BAKI, 24 iyul. TELEQRAF
Polşanın ən böyük partiyası olan “Hüquq və Ədalət” Ppartiyası daxili parçalanma nəticəsində Seymdə 40 deputat yerini itirib.
Teleqraf xəbər verir ki, bu barədə Polşanın keçmiş Baş naziri Mateuş Moravetski açıqlama verib.
Qeyd edək ki, partiya daxilindəki münaqişə qurumun rəhbəri Yaroslav Kaçinskinin üzvlərə siyasi fəaliyyət göstərən digər təşkilatlarda iştirak etməyi qadağan etməsindən sonra başlayıb.
Məlumata görə, bu qərar faktiki olaraq partiyanın sədr müavini və Polşanın keçmiş Baş naziri Mateuş Moravetskinin yaratdığı “İnkişaf plyus” birliyinə qarşı yönəlib. Kaçinski bu qurumu potensial alternativ təsir mərkəzi kimi qiymətləndirir.