
BAKI, 24 fevral. TELEQRAF
Finlandiya Rusiya ilə sərhədi açmağı planlaşdırmır, bu, hazırda qeyri-realdır.
Teleqraf xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkänen "Keskisuomalainen" qəzetinə deyib.
"Biz sərhədi açmaq fikrində deyilik. Biz bilirik ki, Rusiyanın Finlandiyaya miqrant axınını davam etdirmək istəyi var", - o qeyd edib.
Bundan əvvəl Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov Finlandiya tərəfinə sərhədi açmağı təklif etmişdi.
Hakkänenin sözlərinə görə, Finlandiya sərhəd təhlükəsizliyi və ya daşınmaz əmlak əməliyyatlarına aid ümumi təhlükəsizlik sahələrində nəzarəti gücləndirməlidir.
Eyni zamanda o qeyd edib ki, ölkəsi Rusiya ilə ABŞ-nin yaxınlaşması ilə bağlı çox tələsik nəticə çıxarmayacaq. Nazir ABŞ Prezidenti Donald Trampı və onun administrasiyasını ritorikalarında təmkinli olmağa çağırıb.