
BAKI, 24 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın iştirakı ilə G7 ölkələrinin onlayn görüşü zamanı Volodimir Zelenski Ukraynanın Vaşinqtonda mineral ehtiyatlara dair saziş imzalamağa hazırlaşdığını bildirib.
Teleqraf xəbər verir ki, Zelinski deyib: “Bizim komandalarımız Vaşinqtonda imzalayacağımız iqtisadi saziş üzərində ABŞ ilə çox məhsuldar işləyirlər. Cənab prezident Tramp, biz həqiqətən sizin nə düşündüyünüzü eşitmək istəyirdik, çünki bütün xalqımız ABŞ-dan gələn dəstəyin davam edib-etməyəcəyindən çox narahatdır”, - deyə Zelenski Trampa müraciət edib.
Zelenski budəfəki çıxışında Ukrayna və Avropa arasında danışıqlarda iştirak, Kiyevə təhlükəsizlik zəmanəti vermək tələblərini də təkrarlayıb.