BAKI, 24 fevral. TELEQRAF

Polşa xüsusi xidmət orqanları 2022-ci il fevralın 24-dən Rusiya və Belarusa casusluqda ittiham olunan 42 nəfəri saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin mətbuat katibi Yaçek Dobrzinski bildirib.

"Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları Rusiya və Belarusun xeyrinə casusluq edərək ölkədə təxribat törətməkdə şübhəli bilinən 42 nəfəri saxlayıblar", - belə qeyd edib.

Polşa hakimiyyəti dəfələrlə Rusiya Federasiyasını heç bir sübut təqdim etmədən respublika ərazisində təxribat hazırlamaqda ittiham edib. 2023-cü il dekabrın sonunda Lyublin məhkəməsi Ukrayna, Belarus və Rusiyanın 14 vətəndaşından ibarət qrupa “Rusiya Federasiyasına casusluq” ittihamı ilə müxtəlif müddətlərdə həbs cəzası verib.