BAKI, 24 fevral. TELEQRAF

Fransanın Marsel şəhərində Rusiya konsulluğunun yaxınlığında partlayış baş verib, ilkin məlumata görə, xəsarət alan yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Hazırda hadisə yerində təxminən 30 yanğınsöndürən işləyir. Hadisənin təfərrüatları araşdırılır”,- məlumatda deyilir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, baş verən hadisə terror aktına bənzəyir, buna görə də aidiyyəti qurumlar dəqiq araşdırma aparmalıdır.

Fevralın 19-də Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) bildirmişdi ki, Ukrayna hakimiyyəti Rusiya diplomatik nümayəndəliklərinə, xüsusən Almaniya və Baltikyanı ölkələrdə terror aktları həyata keçirməyi nəzərdən keçirir.