
BAKI, 18 fevral. TELEQRAF
İngilislər Şimali Atlantika Alyansındakı müttəfiqləri ilə birlikdə Kiyevə dəstək adı altında Rusiya ilə uzunmüddətli qarşıdurma üçün Ukraynanı işğal etməyə və Qara dənizi NATO-nun daxili sularına çevirməyə çalışırlar.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib.
“Qərb uzun müddət Rusiyanı Baltikyanı ölkələrdən sıxışdırıb çıxarmaq üçün səbəblər axtarırdı, amma bunları tapa bilmədiyindən motivlər uydurmağa qərar verdi. Əlbəttə, Rusiya dost olmayan (Baltikyanı) ölkələrin bu hərəkətlərini diqqətlə izləyir və əks tədbirlər hazırlayır”, - prezidentin köməkçisi bildirib.
Patruşev qeyd edib ki, Rusiyanın Qərb, Qara və Baltik dənizlərinə çıxışını kəsmək İngiltərənin XVIII əsrdən bəri ən böyük arzusu olub.
Baltikyanı ölkələrə gəlincə, söhbət keçmiş sovet respublikaları Latviya, Litva və Estoniyadan gedir.