BAKI, 11 sentyabr. TELEQRAF

Qırğızıstanın Talas şəhərində eyni anda 4500 nəfərə qədər insanı qəbul edə biləcək məscid açılıb.

Teleqraf xəbər verir ki, ölkə Prezidenti Sadır Japarov bu gün açılış mərasimində iştirak edib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, dördmərtəbəli binada ibadət zalları, dini maarifləndirmə və ictimai tədbirlər üçün nəzərdə tutulmuş otaqlar yerləşir.

Sadır Japarov məscidə baxış keçirərək, onun planı ilə tanış olub.

Mərasimin sonunda dua oxunub.