BAKI, 4 avqust. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, Qazaxıstan Prezidenti Nikol Paşinyanı yenidən Ermənistan Baş naziri təyin olunması münasibətilə təbrik edib.

Baş nazir Ermənistan-Qazaxıstan münasibətlərinin ardıcıl inkişafının vacibliyini vurğulayıb. Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib. Qazaxıstan Prezidenti dəvəti qəbul edib.

Həmsöhbətlər həmçinin Ermənistan-Qazaxıstan münasibətlərinin gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə edərək, əməkdaşlığın gələcək inkişaf perspektivlərinə də toxunublar.