BAKI, 30 iyul. TELEQRAF

Qırğızıstan və Özbəkistan müttəfiqlik müqaviləsi imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, imzalanan bu mühüm sənəd iki qonşu ölkənin gələcəkdə daha mehriban yaşaması və birlikdə addımlaması üçündür.

***

13:29

Bu gün Qırğızıstan və Özbəkistan müttəfiqlik müqaviləsi imzalayacaq.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşündə deyib.

O bildirib ki, iki ölkənin bu cür yaxınlaşması sülhə, inkişafa, mehriban qonşuluğa və gələcək nəsillərin daha yaxşı yaşamasına xidmət edəcək:

"Bu gün dövlətlər arasında xüsusi Ali Şura yaradılacaq. Həmin qurum verilən sözlərin, bağlanan müqavilələrin necə yerinə yetirildiyinə nəzarət edəcək və gələcək işləri planlaşdıracaq".