BAKI, 23 iyun. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunu imzalayıb.

Teleqraf xəbər verir ki, qanun korrupsiya ilə əlaqəli cinayətlərin siyahısını və korrupsiyaya yol vermiş vəzifəli şəxslərə tətbiq edilən məhdudiyyətləri müəyyən edir.

“Uzun müddətdir gözlənilən və iyunun 22-də imzalanan qanunla korrupsiya cinayətləri siyahısı müəyyən olunub. Bu siyahıya daxil olan cinayətlərdə təqsirli bilinən şəxslər elektron reyestrə daxil ediləcək və onlar məhkumluq müddəti ərzində dövlət işinə qəbul edilməyəcəklər. Reyestrin ictimaiyyət üçün açıq və ya qapalı olması qanunda göstərilməyib”, - yerli medianın məlumatında bildirilib.