BAKI, 17 iyun. TELEQRAF

Türkmənistan xarici işlər naziri Rəşid Meredov Qazaxıstanın Aşqabaddakı səfiri Nurlan Noqayevlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Tərəflər Türkmənistan-Qazaxıstan əməkdaşlığının daha da inkişaf etdirilməsi məsələlərini müzakirə edərək, iki ölkənin Xarici İşlər nazirlikləri arasında müntəzəm əlaqələrin saxlanılmasının vacibliyini vurğulayıblar.

Danışıqlarda həmçinin aktual regional və beynəlxalq məsələlər müzakirə olunub. İştirakçılar BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində Türkmənistan və Qazaxıstanın təşəbbüslərinə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.