BAKI, 12 iyun. TELEQRAF

Qazaxıstana rəsmi səfəri çərçivəsində Qırğızıstan Joqorku Keneşinin sədri Marlen Mamataliyev Prezident Kasım-Jomart Tokayevlə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə siyasi-iqtisadi və humanitar əməkdaşlığın, parlamentlərarası qarşılıqlı əlaqələrin inkişafı müzakirə edilib.

Danışıqların mövzularından biri mədəni-humanitar əməkdaşlıq olub.

Qazaxıstan Prezidenti Qırğızıstanın ölkəsi üçün yaxın qonşu, qardaş dövlət və etibarlı tərəfdaş olaraq qaldığını bildirib. Kasım-Jomart Tokayev həmçinin Qırğızıstanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini bütün Mərkəzi Asiya üçün mühüm hadisə adlandırıb.

Görüşün yekununda tərəflər strateji tərəfdaşlığı daha da inkişaf etdirməyə, parlamentlərarası əlaqələri gücləndirməyə və əldə edilmiş razılaşmaları həyata keçirməyə hazır olduqlarını təsdiqləyiblər.