BAKI, 30 aprel. TELEQRAF
Türkmənistan xarici işlər naziri Rəşid Meredov Aşqabadda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Rayevlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə 2026-cı il üçün Birgə İş Planının icrası və Türkmənistanın təşkilatla gələcək əməkdaşlığı perspektivləri müzakirə olunub.
Nazir TÜRKSOY-un türkmən mədəni irsinin beynəlxalq səviyyədə təbliğinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Danışıqların yekununda tərəflər birgə mədəni və humanitar təşəbbüslərin təşkilata üzv ölkələrin xalqlarını bir-birinə yaxınlaşdırmaqla yanaşı, həm də geniş dövlətlərarası dialoqun gücləndirilməsinə xidmət etdiyini təsdiqləyiblər.