BAKI, 30 aprel. TELEQRAF

“Hazırda Avropa İttifaqının (Aİ) başında onilliklər ərzində qurulmuş sistemi dağıdan axmaqlar dayanır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Çox da uzaq olmayan keçmişdə bizə elə gəlirdi ki, Avropa ilə ən azı qlobal problemlərin təhili baxımından eyni səviyyədəyik, müəyyən mənada tarixlə bağlı ortaq mədəni kodumuz var. Amma hər şey dəyişdi. Mən indiki vəziyyətin necə olduğunu deməyə məcbur oldum. İndi Avropaya, Avropa İttifaqına axmaqlar rəhbərlik edir. Sadəcə axmaqlar - onlar kömür-polad ittifaqından müasir Avropa İttifaqına çevrilmədən bəri onilliklər ərzində yaradılanı özləri dağıdırlar”, - o bildirib.

Aİ liderləri barədə danışan Medvedev iddia edib ki, onlar tamamilə dağıdıcı və dardüşüncəli, Rusiya ilə müharibə barədə sayıqlayan insanlardır: “Bəli, hər biri öz vəzifəsini yerinə yetirir, buna şübhə yoxdur. Axmaq olsalar da, kifayət qədər israrlıdırlar. Amma çox təhlükəli yoldur”.

Rusiya rəsmisi Avropa ilə münasibətlərin hazırkı səviyyəsinin bu qədər “dəhşətli” olmasından təəssüf etdiyini söyləyib: “Açığını desəm, itirdiklərimizə heyfim gəlir. Amma bunu geri qaytarmaq mümkün deyil”.