BAKI, 21 aprel. TELEQRAF

Türkmənistan xarici işlər naziri Rəşid Meredovla İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər iki ölkə arasında əldə edilən razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. İkitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri də nəzərdən keçirilib.

Xüsusi diqqət mədəni və humanitar əməkdaşlığa yönəldilib.

Fərzanə Sadiq İran xalqına göndərilən humanitar yardıma görə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova təşəkkürünü bildirib.