BAKI, 24 mart. TELEQRAF
Türkmənistan xarici işlər naziri Rəşid Meredov və İran xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İranın xarici işlər naziri Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondu tərəfindən İrandakı uşaqlara göstərilən humanitar yardıma görə Türkmənistan tərəfinə minnətdarlığını bildirib və bu dəstəyin əhəmiyyəti qeyd edilib.