BAKI, 24 mart. TELEQRAF

Gürcüstan Baş naziri İrakli Kobaxidze Tbilisi və Aşqabad arasında ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətində olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, Novruz bayramı münasibətilə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubunda deyib.

“Ölkələrimiz arasında münasibətləri birgə səylərlə gücləndirməyə hazır olduğumu təsdiqləyirəm”, - Gürcüstan Baş naziri vurğulayıb.