BAKI, 5 fevral. TELEQRAF

Türkmənistan xarici işlər naziri Rəşid Meredov Əbu-Dabi şəhərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti Şeyx Mansur bin Zayed əl-Nəhyanla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər siyasi, diplomatik, ticari-iqtisadi sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini müzakirə ediblər. Xüsusilə enerji və nəqliyyat-logistika sektorlarında genişmiqyaslı birgə layihələrin həyata keçirilməsinə diqqət yetirilib.

Həmçinin regional və beynəlxalq gündəmdəki cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.