BAKI, 19 yanvar. TELEQRAF

Qazaxıstan və Özbəkistan Sırdərya çayında avtomatlaşdırılmış su elektrik stansiyasının (SES) inşası layihəsinə başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Su Ehtiyatları və Suvarma Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Layihə çərçivəsində Qazaxıstan və Özbəkistanda beş obyekt inşa ediləcək.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə hazırlanan layihə transsərhəd su bölgüsündə şəffaflıq və dəqiqliyi təmin etməyi hədəfləyir. GIZ artıq bu layihə üçün texniki tapşırıqların hazırlanmasını başa çatdırıb.