BAKI, 9 yanvar. TELEQRAF

Türkmənistan xarici işlər naziri Rəşid Meredov BMT-nin Türkmənistandakı rezident əlaqələndiricisi Dmitri Şlapaçenko ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Görüşdə Türkmənistan ilə BMT arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunub.

Diplomatlar 2021-2025-ci illər üçün Davamlı İnkişaf Əməkdaşlıq Çərçivəsinin nəticələri barədə danışaraq, 2026-2030-cu illər üçün yeni çərçivənin hazırlanması məsələsi ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər Türkmənistanın ölkədə BMT ofisləri və strukturlarının mövcudluğunun genişləndirilməsində maraqlı olduğunu bildiriblər. Həmçinin, BMT-nin Türkmənistandakı mövcud layihə və proqramlarının gedişatı nəzərdən keçirildi. Qeyd edilib ki, imzalanmış sənədlərə əsasən onlarla ikitərəfli və regional layihə davam edir.