BAKI, 29 dekabr. TELEQRAF
Özbəkistan və Suriya iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov və Suriya Ticarət Palataları Federasiyasının prezidenti Ala Ömər əl-Əli arasında Dəməşqdə keçirilən görüşdə bildirilib.
Görüş iştirakçıları iki ölkənin ticarət və sənaye palataları arasında sıx əməkdaşlıq qurmaq təşəbbüsünü dəstəkləyiblər. Özbək sahibkarlar gələn il Dəməşqdə keçiriləcək Dəməşq Beynəlxalq Sərgisində iştirak etməyə dəvət edilib.
Suriyada Özbəkistan məhsullarına böyük marağın olduğu da diqqətə çatdırılıb.
Daşkənd və Dəməşq 2026-cı ilin birinci rübündə biznes forumu və B2B görüşləri keçirmək barədə razılığa gəlib.