BAKI, 17 dekabr. TELEQRAF

“Qərb Ukraynada hərbi əməliyyatlara başlayarkən Rusiyanın dağılmasını istəyirdi. ABŞ-nin Avropadakı müttəfiqləri isə bundan faydalanmağa, keçmiş tarixi incikliklərə görə revanş almağa çalışırdılar”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiyasının iclasında bildirib.

“Hamı hesab edirdi ki, qısa müddət ərzində Rusiyanı məhv edəcək, onu parçalayacaqlar. Avropadakı donuz balaları (Avropa İttifaqı liderləri – red.) isə dərhal ABŞ-nin keçmiş administrasiyasının (Co Bayden) bu işinə qoşuldular və ölkəmizin dağılmasından bəhrələnmək, əvvəlki tarixi dövrlərdə itirdiklərini geri qaytarmaq və revanş almaq ümidi ilə hərəkət etdilər”, - o deyib.

Rusiya lideri Qərbin bu gözləntilərinin baş tutmadığını vurğulayıb.