BAKI, 15 dekabr. TELEQRAF
Şimali Koreyanın Rusiyadakı Sin Xon Çol Aşqabadda Türkmənistan parlamentinin üzvləri ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər dövlətlərarası dialoqun inkişafı üçün parlament diplomatiyasının əhəmiyyətini qeyd edərək, parlamentlərarası dostluq qruplarının fəaliyyətinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıblar.
Həmçinin bildirilib ki, ticari-iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin maraqlarına uyğundur.