BAKI, 8 dekabr. TELEQRAF

Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora 71 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Aleksandr Matseqora 2015-ci ildə Rusiyanın Şimali Koreyadakı səfiri təyin edilib. 2006-2011-ci illərdə Rusiyanın Pxenyandakı səfirliyində müşavir vəzifəsində çalışıb. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Birinci Asiya Departamentində bölmə rəisi, ardınca direktor müavini vəzifələrində işləyib.